yüklənir...
Viqus Plus
  • model haqqında
  • interyer
  • eksteryer
  • texniki parametrlər

model haqqında

ÜSTÜN PERFORMANS

Pikap deyildikdə ilk ağla gələn onun yolsuzluq şəraitində performans göstəriciləridir. Vigus plus 2.0 Turbo dizel Ford Puma mühərrik, Getrag 6 pilləli sürətlər qutusu və BorgWarner intelektual tam ötürücü sistem ilə təchiz olunub. Bütün bunlar, avtomobilə atletik yolsuzluq imkanları yaradır.  Puma mühərrik 350 NM fırlanma anında 141 at gücü hasil edir. Puma mühərrikin əsas üstün cəhəti aşağı sürət diapazonunda yüksək fırlanma tezliyi hasil etməsidir və bu ağır yüklərin daşınması üçün idealdır. 



İNNOVATİV TEXNOLOGİYALAR

Texnoloji üstünlüklərinə gəldikdə isə, Vigus Plus 10.1 düymlük interaktiv MP5 ekranı ilə təchiz edilib. Bosch 9.3 nəsil stabilliyə nəzarət  sistemi ilə avtomobilin sabitliyi maksimuma çatdırılıb. Bir toxunuşla işə salma, açarsız giriş, avtomatik faralar və sensorlu yağış silgiləri, sürücüyə rahatlıq təmin edir. Təhlükəsizliyə gəldikdə isə, təkər təzyiqi monitorinqi, ön və arxa radarlar, həmçinin arxa görüntü kamerası ilə avtomobil tam təhlükəsizlik standartlarına cavab verir. İkili hava yastıqları və yan hava yastıqları avtomobilin təhlükəsizliyini daha da artırır.



MÜSTƏSNA KEYFİYYƏT

Möhkəm struktur:  İki şaquli və səkkiz üfüqi istiqamətdə yüksək gücə malik platforma, 1.2 tonadək yük götürmə qabiliyyəti. Yüksək gücə malik asqı sistemi, yüksək dartma gücü və sərt döngələrdə, enişlərdə və yoxuşlarda yüksək əyilmə müqaviməti. Təhlükəsizlik ikiqat hava yastıqları və yan hava yastıqları ilə gücləndirilmişdir.



SEDAN BƏNZƏRİ DİZAYN

Fərqli sedan bənzəri ön dizayn, İnnovativ texnologiyalarla zəngin interyer üslubu və geniş ikinci sıra oturacaqlar.



DAHA ƏTRAFLI İCMALDA.





interyer

texniki parametrlər